Bakı. Trend:
Ağdamın “Qarabağ” futbol klubunun Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin “Liverpul” klubu yay transfer pəncərəsində yeni futbolçuların alınmasına rekord məbləğ – 483 milyon avro sərf edib.
Trend xəbər verir ki, bu barədə “Transfermarkt” portalı yazır.
Mersisaydlılar cari pəncərədə yeddi futbolçunu heyətlərinə qatıblar. Onların arasında İngiltərə Premyer-Liqası üçün rekord qiymətə - 144 milyon avroya alınmış forvard Aleksandr İsak, həmçinin hücumçu Florian Virtz yer alır (125 milyon avro)
Buna qədər transfer rekordu İngiltərənin “Çelsi” klubunda idi. Sözügedən klub 2023-cü ilin yay transfer pəncərəsində yeni oyunçuların alınması üçün 464 milyon avrosundan keçmişdi.