...

Argentina millisinin üzvü "Çelsi"də

İdman Materials 1 Sentyabr 2025 19:36 (UTC +04:00)
Argentina millisinin üzvü "Çelsi"də
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Trend xəbər verir ki, Premyer Liqa nəhəngi "Brayton"dan Fakundo Buonanotteni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin üzvü 2025/2026 mövsümünü icarə əsasında "Çelsi"nin heyətində keçirəcək.

Qeyd edək ki, "Brayton" Facundo Buonanotteni 2023-cü ilin yanvar ayında "Rozario Sentral"dan transfer edib. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm icarə əsasında "Lester Siti"də çıxış edib. Gənc futbolçu "tülkülər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti