...

Azərbaycan XİN Əfqanıstana başsağlığı verib

Siyasət Materials 1 Sentyabr 2025 12:39 (UTC +04:00)
Azərbaycan XİN Əfqanıstana başsağlığı verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə nazirlik "X" hesabında məlumat yayıb.

"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq".

Qeyd edək ki, Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 622-yə çatıb, daha 1 500 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti