Bakı. Trend:
Paytaxtın Nizami rayonunda sürücü polisə müraciət edərək,
“VAZ-2102” markalı avtomobilinin naməlum şəxslər tərəfindən
qaçırıldığını bildirib.
Trend
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir
olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı
N.Hüseynov və 23 yaşlı V.Axundov saxlanılıblar. Nəqliyyat vasitəsi
polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil
verilib.
Faktla bağlı araşdırma aparılır.