...

Çin Xalq Respublikasının Sədri ŞƏT sammitində qlobal idarəetmə təşəbbüsünü irəli sürüb

Siyasət Materials 1 Sentyabr 2025 13:37 (UTC +04:00)
Çin Xalq Respublikasının Sədri ŞƏT sammitində qlobal idarəetmə təşəbbüsünü irəli sürüb
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Tiencin. Trend:

Çin Xalq Respublikasının Sədri Si Cinpin “ŞƏT plus” formatında keçirilən görüşdə daha ədalətli dünya sistemi qurmaq üçün qlobal idarəetmə sahəsində təşəbbüslə çıxış edib.

Trend xəbər verir ki, ardıcıl qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərindən sonra Çin Xalq Respublikasının Sədri qlobal idarəetmə təşəbbüsünü irəli sürüb. O, çıxışında bütün ölkələrlə birlikdə daha ədalətli və bərabərhüquqlu qlobal idarəetmə sisteminin yaradılması üzərində işləməyə və bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyətə doğru irəliləməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının illik sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçirilir. Tədbirdə 20-dən çox ölkənin liderləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti