...

Bakıda 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının açılış mərasimi keçirilir (FOTO)

İqtisadiyyat Materials 1 Sentyabr 2025 15:54 (UTC +04:00)
Bakıda 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının açılış mərasimi keçirilir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (“ICPC”) 49-cu Dünya Finalının açılış mərasimi keçirilir.

Trend xəbər verir ki, tədbir Azərbaycan Mərkəzi Bankının (AMB) tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi ilə baş tutur.

Tədbirin rəsmi açılışını ICPC Fondunun Prezidenti Bil Pauçer və ICPC 2025 Dünya Finalının direktoru Fuad Hacıyev edəcək.

Daha sonra çıxış üçün söz ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Samir Məmmədova veriləcək.

Qeyd edək ki, tədbir sentyabrın 5-dək davam edəcək.

Ümumilikdə, ICPC (International Collegiate Programming Contest – Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi) dünyada ən nüfuzlu və köhnə tarixə malik tələbə proqramlaşdırma yarışlarından biridir. İlk dəfə bu müsabiqə 1970-ci illərdə ABŞ-də keçirilib və illər ərzində qlobal miqyasda milyonlarla tələbəni əhatə edən ən böyük proqramlaşdırma yarışına çevrilib.

Tədbirin keçirilməsində məqsəd tələbələrin alqoirtmik düşünmə, problem həll etmə və proqramlaşdırma bacarıqlarını nümayiş etdirməkdir.

Dünyanın ən tanınmış texnologiya şirkətləri (Google, Microsoft, Meta, Amazon və s.) bu yarışın iştirakçılarına xüsusi diqqət göstərirlər. Bu müsabiqə tələbələrin təcrübi təcrübə, komanda işi və təzyiq altında sürətli qərarvermə bacarıqlarını inkişaf etdirir. Çox vaxt qaliblər texnologiya dünyasında nüfuzlu karyera qururlar.

Xəbər lenti

Xəbər lenti