...

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub (FOTO/VİDEO)

Siyasət Materials 1 Sentyabr 2025 12:45 (UTC +04:00)
Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub (FOTO/VİDEO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Tiencin. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Trend xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti