Bakı. Trend:
Ukraynaya hərbi yardım genişləndirilməli, Rusiyaya qarşı sanksiyalar isə gücləndirilməlidir.
Trend xəbər verir ki, bu barədə Litva prezidenti Qitanas Nauseda Avropa komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə keçirilən birgə mətbuat konfransında bəyanat verib.
Litva lideri Rusiyaya qarşı sayca 19-cu sanksiyalar paketinin əsas strateji sahələri – atom sənayesi, neft-qaz sektoru, bank sektoru və kölgə donanmasını ehtiva etməli olduğunu vurğulayıb.
Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən söz açan Nauseda bildirib ki, söhbət güclü Avropa və Trans-Atlantik iştirakla müşayiət olunan güclü Ukrayna ordusundan gedir. Onun sözlərinə görə, Litva bu işƏ öz töhfəsini verməyə hazırdır.
O, Ukraynanın gələcəkdə Avropa İttifaqına üzvlüyünün strateji zərurət və Avropanın əxlaqi borcu olduğunu vurğulayıb.