...

Banklar sənaye və istehsal sektoruna kredit qoyuluşlarını 9% artırıb

İqtisadiyyat Materials 1 Sentyabr 2025 13:06 (UTC +04:00)
Banklar sənaye və istehsal sektoruna kredit qoyuluşlarını 9% artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,598 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 55,7 milyon manat və ya 3,4% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 130 milyon manat və ya 8,8% çoxdur.

Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,258 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 26,1 milyon manat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3 milyard manat və ya 11% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti