Tiencin.Trend:
Şanxay Əməkdaşlıq Təşkilatının sədrliyi Qırğızıstan Respublikasına keçir və bu sədrlik “ŞƏT-in 25 ili: davamlı sülhə, inkişafa və rifaha doğru birlikdə” şüarı altında keçiriləcək.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu, sentyabrın 1-də Tiencin şəhərində keçirilmiş üzv dövlətlərin dövlət başçıları Şurasının iclasının yekunları üzrə qəbul edilən Tiencin Bəyannaməsində əksini tapıb.
ŞƏT dövlət başçıları Şurasının növbəti iclası 2026-cı ildə Qırğızıstan Respublikasında keçiriləcək.