...

Koreya - Mərkəzi Asiya zirvə toplantısı keçiriləcək

İqtisadiyyat Materials 1 Sentyabr 2025 12:10 (UTC +04:00)
Koreya - Mərkəzi Asiya zirvə toplantısı keçiriləcək
Kamol Ismailov
Kamol Ismailov
Bütün xəbərlər

Daşkənd. Trend:

Koreya Respublikası 2026-cı ildə “Koreya-Mərkəzi Asiya” zirvə toplantısına ev sahibliyi edəcək.

Trend xəbər verir ki, bu barədə Koreya Respublikasının prezidenti Li Çje Myon Özbəkistanın prezidenti Şavkat Mirziyoyevə ölkənin müstəqilliyinin 34-cü il dönümü münasibətilə ünvanladığı məktubda yazıb.

Öz müraciətində Prezident Li Özbəkistan xalqını təbrik edib və ikitərəfli münasibətlərin möhkəm əsasını vurğulayıb. O, iyulun 24-də iki lider arasında baş tutmuş telefon danışığını xatırladaraq bildirib ki, tərəflər əməkdaşlığın dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Myon qeyd edib ki, uzunmüddətli qarşılıqlı anlaşma və etimad münasibətləri “xüsusi strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldib. O vurğulayıb ki, fəal mübadilələr iki ölkə arasında dostluq və əməkdaşlığı daha da möhkəmləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti