...

Ata qəza törətdi, oğlu dünyasını dəyişdi

Hadisə Materials 1 Sentyabr 2025 09:35 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

31.08.2025-ci il tarixdə 27.03.1991-ci il təvəllüdlü Ağababayev Polad Mirzəfər oğlu idarə etdiyi Opel Astra markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirmiş və avtomobilin yolun hərəkət hissəsindən çıxaraq yolun sağ kənarındakı qoruyucu metal maneəyə çırpılıb.

Trend-in əldə etdiyi məlumata görə, hadisə nəticəsində avtomobildə sərnişin qismində olmuş sürücü P.Ağababayevin oğlu, 11.09.2014-cü il təvəllüdlü Ziya Ağababayev aldığı xəsarətlərin təsirindən hadisə yerində ölüb.

Sürücünün özü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti