...

İran nüvə proqramına diplomatiya ilə həll yolunun tapılmasına hazırdır – Pezeşkian

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 14:27 (UTC +04:00)
İran nüvə proqramına diplomatiya ilə həll yolunun tapılmasına hazırdır – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran özünün dinc məqsədli nüvə proqramına diplomatiya ilə həll yolunun tapılmasına hazır olduğunu bir daha bəyan edir.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (1 sentyabr) Çində “ŞƏT+” (Şanxay Əməkdaşlıq Təşkilatı Plus) dövlət başçılarının zirvə toplantısında etdiyi çıxışında deyib.

Onun sözlərinə görə, İranın nüvə obyektlərinə hava zərbələrinin endirilməsi bir daha sübut etdi ki, bu məsələnin hərbi həll yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarının bərpa olunmasını nəzərdə tutan “snapback” mexanizmi də məsələnin daha da mürəkkəbləşməsi və gərginləşməsi ilə nəticələnəcək.

Pezeşkian bildirib ki, İran ABŞ və Avropa üçlüyündən qarşılaşma yolları əvəzinə ədalətli həll yolu ilə diplomatiyaya üz tutmalarını istəyir.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik, BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti