Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan və Ermənistan arasında bundan sonra da uğurlu danışıqların aparılacağına ümidvar olduğunu bildirib və Ankara və Moskvaya Qafqazda sabitliyin lazım olduğunu vurğulayıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.
“Prezident Ərdoğan Azərbaycanla Ermənistan arasında aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib, uzunmüddətli sabitliyin Qafqazda həm Türkiyənin, həm də Rusiyanın ümumi maraqlarına cavab verdiyini vurğulayıb”, – deyə Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən görüşünün yekunlarına dair yayılan bəyanatda bildirilir.