Bakı. Trend:
“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlik analizi açıqlayıb.
Ötən həftənin son iş günü Amerikada proqnozların üzərində açıqlanan ÜDM göstəriciləri və şəxsi xərclərə dair inflyasiya rəqəmlərinin FED-in faiz endirimi ehtimallarını daha da gücləndirməsi fonundadollar major valyutalar qarşısında kəskin ucuzlaşdı.
Amerika iqtisadiyyatının ötən rüb 3.3% böyüməsi və Şəxsi Xərclər İndeksinin 0.5% səviyyəsində sabit qalması investorların FED-in sentyabr ayında faiz endiriminə gedəcəyinə dair inamını gücləndirdi. Nəticədə, EURUSD, GBPUSD məzənnələri bahalaşaraq həftəni 1.16860 və 1.35020 səviyyələrində tamamladılar. USDJPY və USDCHF paritetləri isə ötən həftə üfüqi tendensiya ilə yadda qaldılar.
Bu həftə isə investorların diqqət mərkəzindəki əsas xəbər ABŞ-da açıqlanacaq əmək bazarı, xüsusilə də “NFP” hesabatı olacaq. Bundan Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və ÜDM hesabatı, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışları, Almaniyada, Avrozonada, İngiltərədə və Amerikada yayımlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi, ABŞ-da dəsrc olunacaq “JOLTS” Boş İş Yerləri və Vakansiyalar hesabatı kimi xəbərlər birjalara yön verəcək.
Bu həftə eləcə də, Avstraliyada ÜDM hesabatları da açıqlanacaq.
EUR
Ötən həftəyə 1.17160 həddində başlayan EURUSD məzənnəsi 1.15730 həddinə kimi ucuzlaşsa da, cümə günü Amerikada açıqlanan iqtisadi göstəricilər sonrası dolların uculaşması fonunda yenidən yüksəldi və ötən həftəni 1.16860-da tamamladı.
Yeni həftəyə də artımla başlayan və hazırda 1.17140 həddində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.17000 həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində investorlar AMB sədrinin çıxışlarında Avrozonada monetar siyasətin gələcəyinə dair ip ucları arayacaqlar.
GBP
GBPUSD məzənnəsi ötən həftə 1.34160 həddinə kimi ucuzlaşa da, həftəni 1.35020 həddində tamamladı. yeni həftənin əvvəlində də bahalaşır.
Cari həftəyə artımla başlayan GBUSD məzənnəsində “buğalar” qiyməti 1.35 həddinin üz
rində qoruyub saxlaya bilsələr, funt-sterling dollar qarşısında öz mövqelərini daha da yaxşılaşdıra bilər.
XAUUSD
Ötən həftənin cümə günü dolların uculaşması fonunda qızıl kəskin bahalaşdı və həftəni 3449$ səviyyəsində artımla başa vurdu. Hazırda 3487$ səviyyəsində ticarət olunan “sarı metal”ın qiyməti 3500$ həddini qırsa, artım tendensiyası daha kəskin xarakter ala bilər.