...

Son bir ayda özünüməşğulluq proqramının dəstəyi ilə 2 mindən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Cəmiyyət Materials 1 Sentyabr 2025 13:15 (UTC +04:00)
Son bir ayda özünüməşğulluq proqramının dəstəyi ilə 2 mindən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay paytaxt və regionlarda daha 2050 nəfər işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proqrama cəlb olunan şəxslər ilk mərhələdə təlimlərə cəlb edilir. Onlar bu təlimlərdə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnirlər.

Təlimləri uğurla bitirən proqram iştirakçıları aktivlərlə təmin olunurlar.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti