Bakı. Trend:
Pakistanın Diamer Gilgit-Baltistan əyalətinin Çilas şəhərində yerli hökumətə aid helikopter qəzaya uğrayıb.
Trend bu barədə Pakistan KİV-ə istinadən xəbər verir.
Hadisə nəticəsində helikopterin göyərtəsində olan 5 nəfərin, o cümlədən, iki pilotun həlak olduğu bildirilir.
Hava nəqliyyat vasitəsinin yeni helikopter meydançasına eniş sınağının həyata keçirilməsi zamanı qəzaya uğradığı bildirilir.
Hadisənin təfərrüatı barədə məlumat verilmir.