...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 1 Sentyabr 2025 12:08 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” markalı xam neftin orta qiymətlərində artım, “Urals” (EX NOVO) və “Dated Brent”də isə azalma qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,57 ABŞ dolları və ya 0,8% artaraq 69,49 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 69,74 dollar/barel, minimum isə 69,30 dollar/barel olub.

Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 67,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,6 ABŞ dolları və ya 0,9% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 68,24 dollar/barel, minimum isə 67,76 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,54 ABŞ dolları və ya 1% artaraq 56,14 dollar/barel təşkil edib. Ötən həftə ərzində URALS neftinin maksimal qiyməti 56,62 dollar/barel, minimum isə 55,81 dollar/barel olub.

Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,22 dollar və ya 0,3% ucuzlaşaraq, 67,50 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 67,85 dollar/barel, minimum isə 67,27 dollar/barel təşkil edib.

Neftin növü / tarix

25.08.2025

26.08.2025

27.08.2025

28.08.2025

29.08.2025

Orta qiymət

Azeri LT CIF

-

$69,30

$69,61

$69,31

$69,74

$69,49

Azeri Light FOB Ceyhan

-

$67,76

$68,10

$67,81

$68,24

$67,98

Urals (EX NOVO)

-

$55,81

$55,91

$56,22

$56,62

$56,14

Dated Brent

-

$67,44

$67,27

$67,45

$67,85

$67,50

Məqalədə:
Xəbər lenti

Xəbər lenti