...

Paşinyan Çində Ərdoğanla görüşüb

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 12:44 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Cənubi Qafqazda davamlı sabitlik və sülh istiqamətində atılan addımlar fonunda Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin irəliləməsindən məmnun olduğunu bildirib, Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini və prosesə töhfə verməyi davam etdirəcəyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılması istiqamətində addımların dəyərləndirildiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti