Tiencin.Trend:
Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətləri İran İslam Respublikasının səlahiyyətli bankının Banklararası birliyin işinə qoşulması məsələsinin sürətləndirilməsinin lehinə çıxış ediblər.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu, sentyabrın 1-də Tiencin şəhərində keçirilmiş ŞƏT üzv dövlətlərin dövlət başçıları Şurasının iclasının yekunları üzrə qəbul edilmiş Tiencin Bəyannaməsində əksini tapıb.
Dövlət başçıları, eyni zamanda, fəaliyyət göstərdiyi 20 il ərzində maliyyə sahəsində zəruri mexanizmə çevrilmiş Banklararası Birliyin mühüm rolunu vurğulayıblar.