...

Pakistanda daşqınlara görə 1 milyona yaxın insan təxliyə edilib

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 12:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın Pəncab, Xeybər-Paxtunxva əyalətlərində, o cümlədən, şimalda yerləşən Azad Cammu, Kəşmir, Gilgit-Baltistan bölgələrindən baş verən daşqınlarla əlaqədar ümumilikdə 766 mindən çox insan təxliyə olunub.

Trend xəbər verir ki, bu barədə “Reuters” yerli mənbələrə istinadən xəbər verir.

Təbii fəlakətin baş verdiyi bölgələrdə 351 tibb düşərgəsi və 511 ümumi müvəqqəti sığınacaq salınıb, on minlərlə insana tibbi yardım göstərilib.

Məlumata görə, son bir neçə gün ərzində təkcə Pəncab əyalətində daşqınlarda həlak olan insanların sayı 33 nəfərə çatıb. Ümumilikdə musson yağışlarının başlanmasından bəri ölkə ərazisində 850-dən çox insan həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti