Bakı. Trend:
Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrupun tərkibi genişləndirilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncan imzalayıb.
Sənədə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Alt İşçi qrupa daxil ediliblər.
Həmçinin “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini Yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini üzrə Alt İşçi qrupa daxil edilib.
Digər sərəncamla Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Təhsil üzrə Alt İşçi qrupun üzvü olub.