...

Azad edilən ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə müsabiqə elan edilib

İqtisadiyyat Materials 1 Sentyabr 2025 12:46 (UTC +04:00)
Azad edilən ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə müsabiqə elan edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.

Bu barədə Trend-ə Kənd Təsərrüatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Müsabiqədə iştirak üçün müraciət edən sahibkarlıq subyektləri tərəfindən aşağıdakılar nəzərə alınmalıdır:

  • İnvestisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri

s.s

Rayon adı

Sahə

İstiqamət

Məlumat

qeyd

1

Xocavənd

4368 ha

Bağçılıq

Köhnə bağ yerləri və ətrafında olan əkinə yararlı ərazilər əlavə edilməklə müəyyənlədirilmiş massiv sahələr – 4368 ha, 83 parsel

2

Xocalı

1500 ha

Bağçılıq

Köhnə bağ yerləri və ətrafında olan əkinə yararlı ərazilər əlavə edilməklə müəyyənlədirilmiş massiv sahələr – 1500 ha, 32 parsel

3

Laçın

1008 ha

Heyvandarlıq və Bağçılıq

Laçın rayonunun Minkənd, Qarakeçdi və Kamallı kəndləri arasında yerləşən massivdə heyvandarlıq üçün - 775 ha, 2 parsel

Bağçılıq üçün bağ yerlərinin ətrafındakı ərazilərlə - 233 ha,6 parsel

  • İcarə müddəti: İcarə müqaviləsi ilkin olaraq 5 (beş) il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 (qırx dörd) ilədək uzadılır.
  • İnvestisiya layihəsinin istiqaməti: (bağçılıq və heyvandarlıq);
  • Ərizə qəbulunun başlanma vaxtı: (1 sentyabr, 2025-ci il, saat 09.00)
  • Ərizə qəbulunun bitmə vaxtı: (15 oktyabr, 2025-ci il saat 18.00)
  • Ərizələrin qəbul ediləcəyi informasiya sistemi: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS – eagro.az)
  • Təqdim olunacaq investisiya layihəsində nəzərə alınmalı olan məlumatlar və tələblər (şərtlər):
    • layihənin məqsədləri və mərhələli şəkildə icra müddəti göstərilməklə, layihənin təşkilati planı (o cümlədən istehsal və maliyyə planları)
    • satış bazarının xarakteristikası (o cümlədən istehsal ediləcək məhsulların xarici bazarlara çıxış imkanları);
    • məşğulluğun təmin edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər, yaradılacaq iş yerləri, habelə layihənin icrası zamanı yerli resurslardan (yerli işçi qüvvəsindən (işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və yaşayan şəxslərdən), mal, iş və xidmətlərdən) istifadə edilməsi;
    • layihənin həyata keçirilməsi zamanı aqrar sığorta sisteminin tətbiq edilməsi;
    • istehsal üçün tələb olunan avadanlıq haqqında məlumatlar (o cümlədən məhsulun saxlanılması üçün elevatorlar (taxıl siloları) və soyuq hava depoları);
    • layihə ilə bağlı növbəti illərdə kreditə tələbatın dövrlər üzrə bölgüsü (aylar və illər üzrə ehtiyac olan kredit məbləğlərini göstərən qrafik);
    • layihə üzrə risklərin qiymətləndirilməsi;
    • layihənin icrasının ətraf mühitə, torpaqların münbitliyinə mənfi təsirlərinin qarşısının alınması, ekoloji risk səviyyəsinin azaldılması üçün həyata keçiriləcək tədbirlər, habelə yaşıl texnologiyaların tətbiq edilməsi;

Qeyd edilib ki, bağçılıq sahəsi üzrə təqdim olunacaq investisiya layihələri (biznes-plan) minimum 20 hektar sahəni əhatə etməli və Qaydalarda nəzərtə tutulan tələblərə cavab verməlidir.

Müsabiqədə iştirak etmək istəyən sahibkarlar EKTİS_də qeydiyyatdan keçməli, “Müraciətlərim” bölümündə “Müsabiqədə iştirak” seçməli, investisiya layihələri ilə yanaşı aşağıdakı sənədləri EKTİS-ə daxil edərək, müraciətini tamamlamalıdır:

  • İştirakçının şəxsiyyətini təsdiq edən sənədin surəti, qeydiyyat ünvanı, VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar, əlaqə nömrələri, elektron poçt ünvanı;
  • hüquqi şəxslər üzrə əlavə olaraq dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;
  • ərizəçinin oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olması, habelə idarəetmə imkanlarına, biliklərə, innovasiyaya, texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olması barədə özünün hazırladığı məlumat və təsdiqedici sənədlər;
  • ərizəçinin Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin və riskli vergi ödəyicisi olmaması barədə təsdiqedici sənədlər;
  • ərizəçinin son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında – maliyyə vəziyyəti barədə hesabat və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış, bütün fəaliyyət dövrünü əhatə etməklə);
  • müsabiqədə iştirak haqqının ödənildiyini təsdiq edən sənəd;
  • İnvestisiya Komissiyanın yerləşdiyi ünvan, telefon nömrələri və elektron poçt ünvanı;
  • AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91
  • Əlaqə nömrələri: (012) 498-08-44, 498-89-14
  • Elektron poçt: [email protected]
  • Fax: (012) 498-64-49
  • müsabiqədə iştirak haqqının məbləği: hər iştirak üzrə 50 manat
  • müsabiqədə iştirak haqqının köçürüləcəyi müvafiq bank hesabı:

Adı/Name: Dövlət Xəzinədarlıq Agentliyi

Kod/Code: 210005

VÖEN/İNT: 1401555071 (Dövlət Xəzinədarlıq Agentliyi)

VÖEN/İNT: 1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWİFT/ SWİFT: CTREAZ22

Hesab №/Account № AZ94CTRE00000000000002188301 (Mərkəzi Aparat)

Büdcə səviyyəsi kodu: 7

Büdcə təsnifatı kodu: 142330

Məqalədə:
Xəbər lenti

Xəbər lenti