...

Trend etibarlı media resursudur - Anar

Cəmiyyət Materials 1 Sentyabr 2025 14:00 (UTC +04:00)
Trend etibarlı media resursudur - Anar
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Azərbaycan Respublikasının Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Trend-in 30 illiyi ilə bağlı fikirlərini bölüşüb.

O qeyd edib ki, Trend etibarlı media resursudur.

"Trend Beynəlxalq İnformasiya Agentliyi oxucular üçün dəqiq, operativ, etibarlı bir media resursudur. Müstəqilliyimizin ilk illərindən bu günə qədər keçilən şərəfli 30 il Trend-i gücləndirib, ölkəmizdə, həmçinin, beynəlxalq aləmdə nüfuzlu bir agentliyə çevirib. İctimai-siaysi, iqtisadi, elm, təhsil, mədəniyyət sahələrində ən oxunaqlı xəbərlər, dərin təhlil və araşdırma yazıları Trend-in peşəkar komandasının əməyinin nəticəsidir. Xüsusuilə də Azərbaycan mədəniyyətinin təbliği sahəsində Trend-in müstəsna xidmətləri var. Bu yubiley günündə agentliyin bütün kollektivini səmimi qəlbdən təbrik edirəm, doğma Azərbaycanımıza xidmət yolunda yeni uğurlar arzulayıram", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti