...

Yaponiyada hamilə qadınların USM təsvirlərinin satışı qadağan edilib

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 14:11 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyada dələduzluqla mübarizə çərçivəsində hamilə qadınların ultrasəs müayinəsinin nəticələrini əks etdirən təsvirlərin satışı qadağan edilib.

Trend xəbər verir ki, bu barədə “Sora News” yazır.

Məlumata görə, qadağa Yaponiyanın “Mercari” onlayn platformasında tətbiq olunub. Belə ki, şirkət həmin təsvirlərdən dələduzluq məqsədləri ilə, xüsusilə pul almaq niyyəti ilə hamiləliyi simulyasiya etmək üçün istifadə olunacağından ehtiyat edir. Yaponiyada belə bir təcrübə “ninsin-saqi” adlanır və kifayət qədər geniş yayılıb.

Dələduz qadınlar satışda olan təsvirlərin sayəsində yaxın münasibətlərdə olduqları kişilərdən pul tələb edirlər. Onlar “hamililəliyi dayandırmaqla” “gələcək atanı” şantaj edirlər. Belə sxemlərdə əksər hallarda məhz USM təsvirlərindən, hamiləlik testinin müsbət nəticələrini əks etdirən fotolardan istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti