...

“ŞƏT+” əməkdaşlığın möhkəmləndirilməsi üçün dəyərli fürsətdir – İran prezidenti

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 14:45 (UTC +04:00)
“ŞƏT+” əməkdaşlığın möhkəmləndirilməsi üçün dəyərli fürsətdir – İran prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatı Plus (ŞƏT+) çərçivəsində digər ölkələrlə dialoq və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün dəyərli fürsətdir.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Çində “ŞƏT+” (Şanxay Əməkdaşlıq Təşkilatı Plus) dövlət başçılarınn zirvə toplantısında etdiyi çıxışında deyib.

Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının təcrübəsi göstərir ki, inkişaf etməkdə olan və iqtisadiyyatı çiçəklənən ölkələr arasında əməkdaşlıq bir çox problemlərin həlli istiqamətində praktiki addım ola bilər.

Pezeşkian bildirib ki, bundan əlavə cənub ölkələri ilə əsasən maliyyə və birgə investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ciddi şəkildə Şanxay Əməkdaşlığı Təşkilatının gündəmində dayana bilər.

İranın qənaətincə təşkilat mövcud potensialı ilə yeni texnologiyalar və süni intellektdən faydalanmaq sahəsində koordinasiya mərkəzinə çevrilə bilər. İran elmi, enerji resursları və tranzit imkanları ilə bu sahələrdə lazımi əməkdaşlığı etməyə hazırdır.

İran prezidenti deyib ki, İran şərq və qərb arasında əlaqə mərkəzində yerləşərək tranzit xətləri arasında kommunikasiya bağı yaratmaq üçün önəmli coğrafi imkana sahibdir.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 31 avqustda Çinə səfər edib.

Xəbər lenti

Xəbər lenti