...

ATƏT-in Minsk Prosesinin ləğvi bu tarixədək yekunlaşacaq

Siyasət Materials 1 Sentyabr 2025 14:50 (UTC +04:00)
ATƏT-in Minsk Prosesinin ləğvi bu tarixədək yekunlaşacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Trend xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair mətbuat məlumatında öz əksini tapıb.

“Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır”, - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti