Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.
Bildirilib ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus – Avstriya görüşünün hakim-inspektoru olacaq.
Qeyd edilib ki, oyun sentyabrın 8-də Gürcüstanın Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.