...

Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial mövqeyi olub - Çingiz Abdullayev

Cəmiyyət Materials 1 Sentyabr 2025 17:00 (UTC +04:00)
Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial mövqeyi olub - Çingiz Abdullayev
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Trend-in 30 illiyi ilə bağlı fikirlərini bölüşüb.

O qeyd edib ki, Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial mövqeyi olub:

"Trend Beynəlxalq İnformasiya Agentliyini 30 illik yubileyi münasibətilə təbrik edirəm. Agentliyin Fəaliyyətində uğurlar arzu edirəm. Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial mövqeyi olub. Əminəm ki, Trend Azərbaycanımızın və xalqımızın mənafeyi üçün hər zaman belə qalacaq.

Trend Azərbaycan xəbərlərini dünyaya çatdırmaq işində də çox böyük rol oynayır. Xüsusilə də Avropanın aparıcı media qurumları ilə əlaqələr, Xəzər regionu, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin oxuculara çatdırılması Trend-in əsas hədəflərindəndir. Bu şərəfli işinizdə kollektivə yeni uğurlar arzulayıram. Yubileyniz mübarək!"

Xəbər lenti

Xəbər lenti