...

Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə irəliləyir - Hafiz Paşayev

İqtisadiyyat Materials 1 Sentyabr 2025 17:25 (UTC +04:00)
Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə irəliləyir - Hafiz Paşayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə irəliləyir.

Trend xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün Bakıda keçirilən 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan çoxsaylı beynəlxalq iri miqyaslı tədbirlərə ev sahibliyi edib və Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (“ICPC”) Dünya Finalı onların arasında xüsusi əhəmiyyət kəsb edir:

"Məhz ona görə ki, bu, dünyanın ən nüfuzlu universitetlərinin gənc tələbələrinin yarışıdır. Yarış iştirakçılardan riyaziyyat, mühəndislik və məntiq sahələrində qeyri-adi bilik və keyfiyyətlərə, eləcə də komandada işləmək, tənqidi düşünmək və sürətlə innovativ həllər hazırlamaq bacarığına sahib olmağı tələb edir".

Rektor vurğulayıb ki, Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə irəliləyir:

"Biz inanırıq ki, təhsilə sərmayə qoymaq və biznes təşəbbüslərini dəstəkləmək davamlı inkişafı və ölkənin rifahını təmin etməyin ən səmərəli yollarıdır. Yeni innovativ İT ekosisteminin formalaşması getdikcə ölkənin qlobal biznes reytinqindəki mövqeyini və rolunu müəyyən edəcək. Bakıda ICPC Dünya Finalına ev sahibliyi etmək bu yolda mühüm addımdır. Əminik ki, bu tədbir ölkəmizdə İT inkişafının irəliləməsində mühüm mərhələyə çevriləcək və Azərbaycanın qlobal diqqətini cəlb edəcək".

"Hörmətli iştirakçılar, siz artıq qalibsiniz, çünki finaldasınız. Ümid edirəm ki, yarışdan əlavə olaraq siz Bakını da kəşf etmək imkanı əldə edəcəksiniz. Mən təşkilatçılardan xahiş edirəm ki, sizə bunu etmək üçün kifayət qədər vaxt versinlər", - deyə H.Paşayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti