...

ICPC dünya finalının keçirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib

İqtisadiyyat Materials 1 Sentyabr 2025 16:59 (UTC +04:00)
ICPC dünya finalının keçirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

ICPC dünya finalının keçirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Trend xəbər verir ki, bunu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadası (ICPC) Fondunun prezidenti Bill Pauçer Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalının açılış mərasimində çıxışında bildirib.

O qeyd edib ki, olimpiada dünyanın müxtəlif ölkələrindən istedadlı gənc proqramçıları bir araya gətirib.

Onun sözlərinə görə, bu il ICPC-nin regional seminarları, çelenc-ləri və təlim düşərgələri 63 294 tələbəni əhatə edib. Onlarla 93 ölkənin 3 307 universitetindən 10 573 məşqçi və assistent çalışıb. Hazırlığın nəticəsi olaraq, ən yaxşı gənc proqramçılardan ibarət 141 komanda Bakıda toplaşaraq güclülər tituluna sahib olmaq uğrunda mübarizə aparır.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevə bu möhtəşəm ölkədə ICPC Dünya Alyansını qəbul etməyə imkan verən liderliyi və vizyonuna görə təşəkkür edirik. Xüsusi minnətdarlıq ADA Universitetinə və rektor Hafiz Paşayevin rəhbərliyi altında yaradılmış ilhamverici akademik mühitə bildirilir”, – deyə B.Pauçer qeyd edib.

Xəbər lenti

Xəbər lenti