Bakı. Trend:
Bakı ICPC tələbələrinin sayəsində bu gün Yer kürəsinin ən ağıllı şəhəridir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadası (ICPC) Fondunun prezidenti Bill Pauçer bunu Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalının açılış mərasiminin kuluarlarında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ICPC artıq 49 ildir mövcuddur və onlar rəqəmsal dövrün ilk əsrinin birinci yarısının sonuna yaxınlaşırlar.
“Hazırda Bakıda Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadasının (ICPC) dünya finalı keçirilir. Buna görə də Bakı, bütün bu parlaq tələbələrin sayəsində, bu gün Yer kürəsinin ən ağıllı şəhəridir. Onlar həyatlarındakı nailiyyətlərin qonşularının həyatını da necə zənginləşdirə biləcəyindən inanılmaz dərəcədə ilhamlanıblar”, - deyə o bildirib.
Direktor qeyd edib ki, hazırda ICPC-nin 500 min məzunu var.
“Onlar dostları ilə birlikdə bu gün bizim etibar etdiyimiz süni intellekt də daxil olmaqla həyati vacib sistemlərin böyük bir hissəsini yaradıblar”, - o əlavə edib.