...

Məqsədimiz qlobal miqyasda rəqabət apara bilən mütəxəssislər yetişdirməkdir - Nazir müavini

İqtisadiyyat Materials 1 Sentyabr 2025 17:03 (UTC +04:00)
Məqsədimiz qlobal miqyasda rəqabət apara bilən mütəxəssislər yetişdirməkdir - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Məqsədimiz qlobal miqyasda rəqabət apara bilən və ölkənin İKT ixracına töhfə verən mütəxəssislər yetişdirməkdir.

Trend xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Bakıda keçirilən 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma
Müsabiqəsinin Dünya Finalı sadəcə yarış deyil, o, dünyanın ən parlaq gənc beyinlərinin görüş nöqtəsidir: "Burada onlar təkcə yarışmayacaq, həm də bir-birindən öyrənəcək, təcrübə paylaşacaq və yeni ideyalar qığılcımlandıracaqlar.

Azərbaycan rəqəmsal transformasiyanı milli prioritet elan edib. Bizim baxışımız istedadı inkişaf etdirmək, qabaqcıl bacarıqları gücləndirmək və innovativ, təhlükəsiz, qlobal rəqabətədavamlı rəqəmsal ekosistem qurmaqdır. Bu gün ölkəmizdə gənclərin proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və bir çox digər müasir sahələrdə imkanları genişlənib. Bu baxış əsas milli çərçivələrlə – rəqəmsal inkişaf konsepsiyası, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə milli strategiya və süni intellekt üzrə milli strategiya ilə müəyyən olunub".

Xəbər lenti

Xəbər lenti