...

Avropa Komissiyası Rusiya qatarlarının izlənilməsi üçün Litvaya əlavə vəsait ayıracaq

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 17:48 (UTC +04:00)
Avropa Komissiyası Rusiya qatarlarının izlənilməsi üçün Litvaya əlavə vəsait ayıracaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası Kalininqrad istiqamətində hərəkət edən Rusiya qatarlarının izlənilməsi məqsədilə Litvaya əlavə maliyyə vəsaitləri ayırmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen keçirdiyi mətbuat konfransında danışıb.

“Avropa Komissiyası Litvanın daimi təzyiqə tab gətirməsi üçün artıq çox iş görüb və maliyyələşdirməni artırmaqda davam edir”, – deyə fon der Lyayen bəyan edib.

Avropa Komissiyası Litvaya buna qədər 327 milyon avro ayırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti