...

Rusiyada səyahət reklamları qadağan olunub

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 15:38 (UTC +04:00)
Rusiyada səyahət reklamları qadağan olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada sosial şəbəkələrdə səyahətlə bağlı reklamlar qadağan olunub. Söhbət xüsusilə Rusiyanın ekstrimist resurslar kimi tanıdığı “Facebook” və “Instagram”da səyahət və turlarla bağlı reklamların saxlanılması və dərc olunmasından gedir.

Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.

Qadağanın sentyabrın 1-dən etibarən qüvvəyə mindiyi bildirilir. Yeni qanunun mətni ölkənin hüquqi informasiya rəsmi internet portalında dərc olunub.

Qanun pozuntusuna görə Rusiya vətəndaşlarını 2,5 min rubladək (təxminən 45 manat) cərimə gözləyir, vəzifəli şəxslər bu halda 20 min rubladək (təxminən 360 manat) ödəməli olacaqlar, hüquqi şəxslər isə 500 min rubladək (təxminən 9 000 manat) cərimə ilə üzləşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti