...

Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq

Siyasət Materials 1 Sentyabr 2025 15:22 (UTC +04:00)
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Tiencin. Trend:

Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Xəbər lenti

Xəbər lenti