...

“Bayer” baş məşqçisi ilə yollarını ayırıb

İdman Materials 1 Sentyabr 2025 14:16 (UTC +04:00)
“Bayer” baş məşqçisi ilə yollarını ayırıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın “Bayer” (Leverkuzen) komandası baş məşqçisi Erik ten Haq ilə yollarını ayırıb.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Niderlandlı çalışdırıcı ilə bu ilin may ayında 2 illik müqavilə imzalanmışdı.

Qeyd edək ki, “Bayer” Bundesliqada 2 turdan sonra 1 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti