...

Ötən ay 6481.4 hektar ərazi minalardan təmizlənib (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2025 14:56 (UTC +04:00)
Ötən ay 6481.4 hektar ərazi minalardan təmizlənib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Trend xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, azad olunan ərazilərdə avqust ayı ərzində 141 tank əleyhinə mina, 565 piyada əleyhinə mina, 2628 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 6481.4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti