Bakı. Trend:
Avropa Komissiyası Bolqarıstana səfər edən zaman uçuş zamanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təyyarəsinin GPS naviqasiya sistemlərində problemlərin meydana gəldiyini, buna baxmayaraq təyyarənin uğurla eniş etdiyini təsdiqləyib.
Trend xəbər verir ki, bunu AK nümayəndəsi Ariana Podesta Brüsseldə keçirdiyi brifinqdə deyib.
“Bildirmək istəyirəm ki, Avropa Komissiyası prezidentinin təyyarəsinin GPS sistemi bloklanıb, lakin uğurla eniş edib”, – deyə Podesta qeyd edib
Onun sözlərinə görə, Bolqarıstan hakimiyyəti bu insidentdə Rusiyanı günahlandırır. O, bu hadisənin “Avropa İttifaqının təhlükəsizliyinin, xüsusən də şərq cinahındakı ölkələrin təhlükəsizliyinin gücləndirilməsinin zəruriliyini təsdiqlədiyini” vurğulayıb.