...

Abşeronda polis əməliyyatlar keçirib - 5 kq narkotik vasitə aşkarlanıb

Hadisə Materials 1 Sentyabr 2025 16:34 (UTC +04:00)
Abşeronda polis əməliyyatlar keçirib - 5 kq narkotik vasitə aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı Nizami Hüseynov, 24 yaşlı Azər Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum olunmuşlar - 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın psixotrop maddə metamfetamin, müxtəlif adda narkotik vasitə, 54 ədəd güclü təsiredici hesab edilən pregabalin həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanıb.

Saxlanılanlar sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti