Bakı. Trend:
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Trend xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair mətbuat məlumatında öz əksini tapıb.
“Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək həmin institutların bağlanması rəsmiləşdirilib”, - deyə məlumatda qeyd edilib.