...

Ukraynada 12 illik məktəb təhsil sistemi tətbiq ediləcək

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 18:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada məktəblərdə 12 illik təhsilin tətbiqi üzrə eksperiment bu il sentyabrın 1-dən başlayır.

Trend-in xəbərinə görə, bu barədə Ali Radanın Təhsil Komitəsinin rəhbəri Sergey Babak özünün "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunub ki, bu, Ukraynanın Qərb dövlətləri ilə yaxınlaşması, Rusiya və Belarusa bənzəməməsi üçün edilir.

Eksperiment çərçivəsində Ukrayna məktəblərində yeni proqramların sınaqdan keçirilməsi aparılacaq ki, bu da onun sözlərinə görə, iki təhsil sahəsini, yəni akademik və peşəkar təhsili nəzərdə tutur.

12 illik sistemə keçmək zərurətini əsaslandıran Babak, xüsusilə, Ukraynanın Qərb dövlətləri ilə yaxınlaşmaq istəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti