...

Azərbaycanda "Google", "Microsoft" və "OpenAI"nin mərkəzləri yaradıla bilər

Cəmiyyət Materials 1 Sentyabr 2025 19:42 (UTC +04:00)
Azərbaycanda "Google", "Microsoft" və "OpenAI"nin mərkəzləri yaradıla bilər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda gələcəkdə "Google", "Microsoft", "OpenAI" və digər şirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər.

Trend xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu gün Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalının açılış mərasiminin kuluarlarında jurnalistlərə bildirib.

O bildirib ki, bu gün Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalında 70 ölkədən 140 komanda iştirak edir:

"Bu tələbələr IT, kompüter elmləri sahəsinin ən aparıcı, ən əlaçı tələbələridirlər və gələcəkdə böyük şirkətlərdə işləyən mütəxəssislər - mühəndislər, proqramçılar olacaqlar.

Bu yarışmanın Azərbaycanda keçirilməsi, həm ölkəmizin imicinin, prestijinin inkişafına dəstək verəcək, həm də Azərbaycanda IT texnologiyaların, kompüter elmlərinin, kompüter sənayesinin inkişafına dəstək olacaq. Eyni zamanda, Azərbaycanda gənc nəsil proqramçıların yetişdirilməsinə, tərbiyəsinə və təhsilinə mühüm təsir göstərəcək".

"Bu yarışmanın gedişatına böyük şirkətlər - "Google", "Microsoft", "OpenAI" və digərləri baxırlar, izləyirlər. Buradakı şagirdləri, tələbələri işə götürürlər. Beləliklə, bu şirkətlərin də Azərbaycanla əlaqələri güclənir. Azərbaycanda gələcəkdə həmin şirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər. Bu da nəticədə ölkəmizdə IT sahəsinin inkişafına dəstək olacaq", - deyə F.İsmayılzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti