Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Uzunoba kəndində şəhid Ehtiram Heydərovun ailəsini ziyarət edib.
Elnur Rzayev şəhid ailəsi ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb. Bu günlərdə ailə həyatı quran şəhidin qardaşı Nicat Heydərovu təbrik edib, xoş arzularını çatdırıb. Görüş zamanı ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət dəstəyindən, diqqət və qayğıdan danışıblar.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Heydərov Ehtiram Şahin oğlu 04.10.2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.