...

Maddi yardım edəcəyi vədi ilə bank kartlarından oğurluq edən kiberdələduz saxlanıldı

Hadisə Materials 2 Sentyabr 2025 14:34 (UTC +04:00)
Maddi yardım edəcəyi vədi ilə bank kartlarından oğurluq edən kiberdələduz saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabulda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, o, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir. Araşdırma zamanı adıçəkilən şəxsin 20 nəfərin etibarından sui-istifadə edərək bank kartlarının məxfi məlumatlarını əldə etdiyi məlum olub. Bu üsulla A.Qurbanov 10.000 manatdan artıq pul ələ keçirib.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

A.Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti