Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” “Orxus”dan Mads Emil Madseni transfer edib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Danimarka təmsilçisi 27 yaşlı yarımmüdafiəçi üçün onun klubuna 4 milyon avro təzminat ödəyib.
Danimarkalı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında “Kopenhagen”lə Bakıda üz-üzə gələcək. Qarşılaşma 1 oktyabr tarixində baş tutacaq.