Bakı. Trend:
Böyük Britaniya Fələstin dövlətçiliyini tanımağı planlaşdırır və bu addımı HƏMAS-ın fəaliyyətini təşviq etmək kimi qiymətləndirmir.
Trend-in məlumatına görə, bu barədə Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.
"[Fələstinin] tanınmasının HƏMAS üçün mükafat olduğunu və ya İsrailin təhlükəsizliyinə təhdid olduğunu söyləyənlərə deyirəm: belə deyil. Tanınma HƏMAS-ın rədd etdiyi [Fələstin-İsrail münaqişəsinin] iki dövlətli həll prinsipinə daxildir. Biz açıq şəkildə bildirdik ki, istənilən Fələstin dövləti silahsızlaşdırılmalıdır", - deyə nazir qeyd edib.