Bakı. Trend:
Türkiyənin “Qalatasaray” komandasının tarixində rekord transfer qeydə alınıb.
Trend xəbər verir ki, İstanbul təmsilçisi Uğurcan Çakır üçün “Trabzonspor”a 33 milyon avro bonservis və əlavə olaraq 3 milyon avro bonus ödəyib.
Bu məbləğ klubun tarixində rekord bonservis kimi qeydə alınıb.
Qapıçı “cim-bom”la 2029/2030-cu illər mövsümünün sonuna qədər müqavilə imzalayıb.