Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ADY tərəfindən 2025-ci ilin 8 ayında 265 blok qatar qəbul edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 58% çoxdur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Dəmir Yolları QSC məlumat yayıb.
Qeyd edilib ki, analoji dövrdə bu qatarlarla 28 261 TEU konteyner
yük daşınıb və ötən ilin eyni dövrü ilə müqayisədə 67% artım qeydə
alınıb.