...

Prezident İlham Əliyev Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşüb (FOTO/VİDEO)

Siyasət Materials 2 Sentyabr 2025 11:17 (UTC +04:00)
Prezident İlham Əliyev Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşüb (FOTO/VİDEO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Tiencin. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti